Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Terror təşkilatından ABŞ-a mesaj

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Suriyanın şimalında – İdlibdəki ən güclü silahlı qruplardan biri olan “Təhrir el-Şam” qruplaşmasının (HTŞ) lideri Əbu Məhəmməd əl-Cevlani “Əl-Qaidə” terror təşkilatı ilə əlaqələrinə son verdiklərini bəyan edərək, ABŞ administrasiyasına “artıq sizə təhdid deyilik” mesajını göndərib.

Rəsmi Vaşinqtonla təmas qurmaq məqsədilə media üzərindən mesajlar verən Cevlani ABŞ-ın onları terrorçu elan etməsinin ədalətsiz və siyasi bir qərar olduğunu bildirib. Qruplaşma lideri müharibənin başlamasından bu yana Suriya xaricində fəaliyyət göstərmələrinə qarşı olduqlarını və sadəcə Suriya rejiminə qarşı mübarizə apardıqlarını deyib: “Artıq “Əl-Qaidə” ilə hər hansı bir əlaqəmiz yoxdur”. ABŞ-ın PBS kanalına müsahibə verən Cevlani lideri olduğu silahlı qruplaşmada bu müddətə qədər ciddi dəyişikliklər həyata keçirildiyini elan edib: “İdlibdəki rolumuz ABŞ və Qərb üçün ortaq maraqlar yaradır. Bölgədə İŞİD-ə qarşı döyüşən əhəmiyyətli qüvvələr bir olub. Suriya rejiminə qarşı mülki insanları qoruduq. Yerindən qovulmuş milyonlarla mülki insanların yaşadıqları ərazilərə nəzarət edirik”. Rövşən TOĞRUL, “Xalq qəzeti”

6 Aprel 2021 01:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
10 Aprel 2021 | 00:35
Ən zəngin ərəb biznesmen

Köhnə versiyamızdan xəbərləri izlə