Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Varlı ölkələr dünyada vaksin qıtlığı yaradıb”

Varlı ölkələr dünyada istehsal olunan vaksinin 60 faizini satın alıb və bu, inkişaf etməkdə olan ölkələrdə preparatların çatışmazlığına səbəb olub.

“Sinxua” agentliyinin yaydığı məlumata görə, bu bəyanatla Çinin Xarici İşlər naziri Van İ çıxış edib.

Onun sözlərinə görə, dünyada “vaksin millətçiliyi” güclənib. Dünya əhalisinin 16 faizinin yaşadığı varlı ölkələr istehsal olunan vaksinlərin 60 faizini alıblar. İnkişaf etmiş bəzi ölkələr isə əhalisinin sayını üç-dörd dəfə üstələyəcək miqdarda vaksin sifariş edib.

Bundan başqA, XİN rəhbəri deyib: “İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvənd tempindəki bu uçurum hazırda təəssüf doğuracaq reallıqdır”. Çinli diplomat qeyd edib ki, rəsmi Pekin vaksin əldə etmək üçün 80-dən çox ölkəyə kömək göstərib, həmçinin 40-dan çox ölkəyə bu preparatların kommersiya çatdırılmasını həyata keçirib.

ÇXR, eyni zamanda, koronavirus əleyhinə vaksinin hazırlanması üzrə 10 ölkə ilə əməkdaşlıq edir, bütün dünyada onların istehsalı və paylanması üzrə regional mərkəzlər açmağı planlaşdırır.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

6 Aprel 2021 00:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
14 Aprel 2021 | 09:32
Rudolf Anşober istefa verib
13 Aprel 2021 | 03:04
E.Blinken xəbərdarlıq edib

Köhnə versiyamızdan xəbərləri izlə