Ən son xəbərlər
Banqladeşdə içərisində 50 sərnişin olan gəmi yük gəmisi ilə toqquşduqdan sonra batıb.
“Banqla Tribune” nəşrinin məlumatına görə, hadisə yerli vaxtla saat 18:30-da Nerayanqanc şəhərindəki Şitalakşiya çayında olub.
Yerli polisin məlumatına görə, hava şəraiti ilə əlaqədar xilasedicilər hadisə yerinə bir az gec gəliblər. Lakin gəmidə olan 10-12 nəfər üzərək sahilə çıxa bilib. Hadisə yerində xilasedicilər çalışırlar.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə