Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mil-Muğan Meşə Meliorasiya İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Meşə təsərrüfatına xidmət və istehsalat zərurəti üçün mal-materialların satın alınması .
Lot-2.Maşın – mexanizmlərə ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. (əlaqələndirici şəxs -Həsənov Bəhlul Behbud oğlundan, telefon-(021) 285-20-64), email: [email protected]gov.az ala bilərlər.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba lot-1 üçün 50, lot-2 üçün isə 100 manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilat– Mil-Muğan Meşə Meliorasiya İdarəsi
VÖEN- 6700036591
Bank - Dövlət Xəzinədarlığı Agentliyi
KOD- 210005
M/h- AZ41NABZ01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ
H/h- AZ81CTRE00000000000002354502
Büdcə gəlirlərinin təsnifat kodu – 142316
Büdcə səviyyəsinin kodu – 7
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri lot-1 üçün 20 aprel 2021-ci il saat 10.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 28 aprel 2021-ci il saat 20.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Tender təklifi zərfləri 29 aprel 2021-ci il saat 10.00-da elektron portal vasitəsilə açılacaqdır.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri lot-2 üçün 22 aprel 2021-ci il saat 11.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 30 aprel 2021-ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Tender təklifi zərfləri 3 may 2021-ci il saat 11.00-da elektron portal vasitəsilə açılacaqdır.
Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
 

Tender komissiyası

6 Aprel 2021 03:13 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Aprel 2021 | 09:08
BİLDİRİŞ
14 Aprel 2021 | 09:00
BİLDİRİŞ
13 Aprel 2021 | 02:50
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə