Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalların tikintisinin (suvarma şəbəkəsi ilə birlikdə) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyatı işlər üzrə ixtisas uyğunluğu.
Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs – Emin Quliyev
Ünvan - Bakı şəhəri, Moskva prospekti 69a.
Təşkilat-Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti
E-mail: [email protected]
Telefon- 431-08-64; Faks 430-79-57.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu almaq məqsədilə yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər bir obyekt üçün 1500 (min beş yüz) manat məbləğdə iştirak haqqını ödədikdən sonra ala bilərlər.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
VÖEN -1300300711
H/h - AZ 10 IBAZ 380700194497 16100216
Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı
M/h -AZ03NABZ01350100000000002944
VÖEN- 9900001881
SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır;
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış ;
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən maliyyə hesabatının surəti və son maliyyə dövrünə olan məlumatı əks etdirməklə maliyyə vəziyyəti barədə bank arayışı;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;
- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri ,dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti;
- digər sənədlər:
- tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat. Arayış Dövlət Statistika Komitəsindən alınır (son dövr üçün) ;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərinin təstiq edən sənəd.
İddiaçılar qeyd olunan sənədləri 16 aprel 2021-ci il saat 17.00-а qədər tender komissiyasına təqdim etməlidirlər.
İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 3 may 2021-ci il saat 17.00-а qədər 2 qat bağlı zərfdə (əsli və surəti olmaqla) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilən təkliflər qəbul olunmayacaqdır.
Təklif zərfləri 4 may 2021-ci il saat 15.00-dа Bakı şəhəri, Hökumət evi, V mərtəbədə açılacaqdır .
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

6 Aprel 2021 02:13 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Aprel 2021 | 09:08
BİLDİRİŞ
14 Aprel 2021 | 09:00
BİLDİRİŞ
13 Aprel 2021 | 02:50
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə