Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 87            Bakı şəhəri, 5 aprel 2021-ci il
 

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; 2019, № 1, maddə 149, № 4, maddə 760, № 7, maddə 1348, № 8, maddə 1474; 2020, № 2, maddələr 194, 218; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 368 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2402 10 000 9 və 2402 90 000 3 alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “31,0” rəqəmləri “43,0” rəqəmləri ilə əvəz edilsin;
1.2. 2402 20 yarımmövqeyinə və 2402 90 000 9 alt yarımmövqeyinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)” sütununda “39,0” rəqəmləri “43,0” rəqəmləri ilə əvəz edilsin;

1.3. 2402 90 000 9 alt yarımmövqeyindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

1.4. 2403 99 900 1 alt yarımmövqeyinə aid sətrin “Aksiz dərəcələri (ölçü vahidinə görə, manatla)” sütununda “20,0” rəqəmləri “100,0” rəqəmləri ilə əvəz edilsin;
1.5. 2403 99 900 1 alt yarımmövqeyindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş nazir

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə