Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 86             Bakı şəhəri, 1 aprel 2021-ci il

 

“Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331, № 8, maddə 1003; 2015, № 6, maddə 787; 2016, № 3, maddə 620; 2017, № 2, maddə 289, № 3, maddə 492, № 9, maddə 1735; 2018, № 2, maddə 359; 2019, № 3, maddə 537, № 5, maddə 951; 2020, № 1, maddə 82, № 8, maddə 1103) ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
1. “2. Humanitar və sosial ixtisaslar qrupu” bölməsinin “060212 Hüquqşünaslıq” ixtisasına
“- Beynəlxalq iqtisadi hüquq” sətrindən sonra
“- Ekologiya hüququ” sətri əlavə edilsin.
2. “4. İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsinin “060411 Kommersiya” ixtisasına “- Bazar infrastrukturu” sətrindən sonra “- Elektron kommersiya” sətri əlavə edilsin.
3. “5. Təbiət ixtisasları qrupu” bölməsinin “060501 Riyaziyyat” ixtisasına “- Ədədi üsullar” sətrindən sonra “- Aktuar riyaziyyat” sətri, “060509 Kompüter elmləri” ixtisasına “- Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” sətrindən sonra “- Kompüter elmləri və texnologiyaları” sətri əlavə edilsin.
4. “6. Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinin “060623 Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” ixtisasına “- Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” sətrindən sonra “- Logistika və nəqliyyat” sətri, “060632 İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına “- Aerokosmik informasiya sistemləri” sətrindən sonra “- Kibertəhlükəsizlik” sətri, “060635 Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi” ixtisasına “- Alternativ enerji mənbələri” sətrindən sonra “- Şəhər infrastrukturunda smart texnologiyalar” sətri, “060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi” ixtisasının “- Kosmik aparatlar və idarəetmə sistemləri” sətrindən sonra “060653 Şəhərsalma” ixtisası və “- Dayanıqlı şəhərsalma və region planlaşdırılması” sətri əlavə edilsin.
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə