Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 84              Bakı şəhəri, 1 aprel 2021-ci il

“Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 361; 2020, № 1, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:
1. “Şuranın sədrinin müavini” hissəsində “vitse-prezidenti” sözü “birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin.
2. “Şuranın məsul katibi” hissəsində “Əminağa Sadıqov – Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü” sözləri “Adil Qəribov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, akademik” sözləri ilə əvəz edilsin.
3. “Şuranın üzvləri” hissəsində hər iki halda “birinci vitse-prezidenti” sözləri “vitse-prezidenti” sözü ilə əvəz edilsin.
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə