Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilər Qarabağda türk– müsəlman irsini məhv ediblər

Ermənilər Qarabağda tarixi abidələrimizi, məscidlərimizi məhv etməklə yanaşı, həm də dini abidələrimizi təhqir ediblər. Bütün bu vandalizmin əsas səbəbi isə İslam və türk dünyasına olan nifrətin təzahürü idi. Ancaq Azərbaycan torpaqlarını işğaldan azad etməklə erməni faşizminin qarşısını alaraq, həm də türk dünyası qarşısında tarixi xidmət göstərmiş oldu.

 

Qarabağda dini və tarixi abidələrimizin ermənilər tərəfindən vandalizmə məruz qalması, həm də türk – müsəlman irsinin məhv olmasına hesablanıb. Onlar təkcə Azərbaycana deyil, ümumilikdə, İslam dünyasının dəyəri olan mədəni və dini irsə də ziyan vurublar.
Ermənilərin Qarabağda qəsdən məscidlərin, tarixi və mədəni abidələrin dağıdılmasında məqsədi bütün İslam və türk dünyasına ziyan vurmaq olub. Bu vəhşi barbarlar təkcə Qarabağda olan 67 məsciddən 63-nü tamamilə dağıdıblar.
Ermənilər Qarabağda tarixi, dini abidələrimizi təkcə dağıtmaqla kifayyətlənməyib, onları təhqir etməkdən də çəkinməyiblər. Onlar xalqımıza, eləcə də tarixi, dini abidələrimizə bu cür münasibət bəsləməklə bir daha türk birliyinə, türk xalqına olan düşmən hisslərini ortaya qoymuş oldular. Azərbaycan torpaqlarını işğaldan azad etməklə təkcə özünün deyil, bütün İslam dünyasının dəyəri olan mədəni və dini abidələrini müdafiə etdi. Ancaq nədənsə əksər müsəlman ölkələri bu məsələdə hələ də susmaq mövqeyini seçiblər.
Erməni faşizminin qarşısını alan Azərbaycan türk və müsəlman dünyası qarşısında tarixi xidmət göstərmiş oldu. Çünki, işğaldan azad olunan torpaqlarda dağıdılan, məhv edilən məscid və tarixi abidələr yenidən qurulacaq və təmir olunacaq.
 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

6 Aprel 2021 00:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə