Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda son sutkada COVID-19-dan 34 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 271 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3711 nəfər vəfat edib, aktiv xəstə sayı 25830 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 763, ötən müddət ərzində isə ümumilikdə 2 935 718 test aparılıb.

5 Aprel 2021 16:41 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə