Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan şahmatçısı Yudit Polqarın komandasına daxil edilib

Gənclər üçün təşkil olunacaq 5 mərhələdən ibarət onlayn şahmat turunun iştirakçıları açıqlanıb.

"Xalq qəzeti" xəbər verir ki, “Julius Baer Challengers Chess Tour”da dünyanın 12 ölkəsindən 20 zəka sahibi iştirak edəcək.

Hər birində 10 iştirakçının yer aldığı iki komandaları Vladimir Kramniklə Yudit Polqar seçib. Azərbaycan təmsilçisi Günay Məmmədzadə də turnirdə qüvvəsini sınayacaq. O, Polqarın komandasına daxil edilib.

Qeyd edək ki, 100 min ABŞ dolları mükafat fonduna malik turnir aprelin 8-də başlayacaq.

5 Aprel 2021 18:52 - İDMAN
İDMAN
11 Aprel 2021 | 02:56
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə