Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Taekvondoçularımız Avropa çempionatında iştirak edəcəklər

Bolqarıstanın paytaxtı Sofiya şəhəri taekvondo üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.
 
 "Xalq qəzeti" xəbər verir ki, aprelin 8-11-də təşkil olunacaq qitə çempionatına millimiz də qatılacaq.
 
Azəbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə bu gün Bolqarıstana yollanacaq komandamız yarışda 11 idmançı ilə təmsil olunacaq. G4 kateqoriyalı yarışda baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun yetirmələrindən Bəhruz Quluzadə (54 kq), Pərviz İsgəndərov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsaev (87 kiloqramdan yuxarı), qadınlardan isə Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaqlar.
 
Yarışda federasiyanın baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edəcək.
5 Aprel 2021 12:57 - İDMAN
İDMAN
11 Aprel 2021 | 02:56
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə