Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin köməkçisi: Ermənistan mina xəritələrini gizlətməklə mülki əhalini öldürmək istəyir

“Minaların torpaq altında qalması ətraf mühitə də ziyandır. Biz minalanmış və  minasız əraziləri müqayisə etsək, fərqi görmək mümkündür. Bunun humanitar zərəri də böyükdür”.
 
"Xalq qəzeti" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə deyib.
 
Onun sözlərinə görə, Ermənistan tərəfi mina xəritələrini gizlədir:
 
“Bu, Ermənistanın beynəlxalq hüquqi pozması deməkdir. Minanın əsas məqsədi kimisə öldürməkdir. Minaları gizlətməklə Ermənistan Azərbaycanın mülki əhalisini öldürmək misssiyasını davam edir. Bu, beynəlxalq hüququn pozulması və hərbi cinayət deməkdir”.
 
“Biz bütün beynəlxalq platformadan istifadə edərək təşkilatlara da müraciət edirik.
 
Azərbaycanın mülki əhalisi minalara görə öz evlərinə qayıda bilmirlər. Biz bu məsələləri beynəlxalq standartlara malik olan institutlarla müzakirə ediirk”, - deyə H.Hacıyev əlavə edib.
5 Aprel 2021 11:44 -
7 Aprel 2021 | 00:19
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə