Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Bu ilin mart ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı fevral ayı ilə müqayisədə 18,8% azalaraq 350 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “Xalq qəzeti”nə verilən məlumata görə, mart ayı ərzində mərkəzə daxil olan sorğulardan 95,1%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, mart ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 11 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 26 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-mart aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1174 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96,5%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 49 hesabat təqdim edilib. Yanvar-mart ayları ərzində Azərbaycanın internet seqmentində 13 domen və 36 subdomen qeydiyyata alınıb.

5 Aprel 2021 09:52 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə