Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kapitoli qarşısında silahlı insident baş verib

Xəbərdə deyilir ki, polisə hücum edən şəxs güllələnərək öldürülüb, eyni zamanda, polis əməkdaşlarından biri aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə Konqresin Cozef Baydenin prezidentlyini təsdiqləmək üçün səs verərkən Kapitoliyə basqın edildikdən təxminən üç ay sonra baş verib.

Atışmadan sonra bina bağlanıb və işçilərə binaya girib çıxa bilməyəcəkləri deyilib. Kapitoli binası 6 yanvar iğtişaşlarından sonra açıldığı üçün ətrafda nəqliyyat vasitələrinin hərəkətinə mane olan hasarlar götürülüb.

ABŞ Prezidenti silahlı insident nəticəsində həlak olmuş polis əməkdaşı Uilyam Evansın xatirəsinə ehtiram əlaməti olaraq ölkədə hökumət binalarının üzərindəki bayraqların endirilməsi barədə göstəriş verib.

ABŞ liderinin yazılı bəyanatında deyilir: “Həyat yoldaşım Jill və mən ABŞ Konqresinin şəhərciyindəki bir təhlükəsizlik məntəqəsində zabit Uilyam Evansın öldürülməsinə və bir iş yoldaşının yaralanmasına səbəb olan şiddətli hücumu eşidəndə dərindən kədərləndik”. Polis Evansın ailəsinə və yaxınlarına başsağlığı verən C.Bayden hadisə ilə əlaqədar daxili təhlükəsizlik müşavirindən davamlı məlumat aldığını bildirib. Ağ ev Baydenin ABŞ bayraqlarının bütün hökumət binalarının üzərindən endiriləcəyi barədə bəyanatını yayıb. Bu, ABŞ-ın bütün səfirliklərinə, hərbi bazalarına və gəmilərə də aiddir.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti” 

4 Aprel 2021 02:28 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
14 Aprel 2021 | 09:32
Rudolf Anşober istefa verib
13 Aprel 2021 | 03:04
E.Blinken xəbərdarlıq edib

Köhnə versiyamızdan xəbərləri izlə