Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sebastian Kurts: Avstriyada gələn ay karantin qaydaları yumşaldıla bilər

Avstriyada may ayından etibarən sərt karantin qaydaları yumşaldıla bilər. “Euronews” agentliyinin yaydığı məlumata görə, bu bəyanatla Avstriyanın Federal Kansleri Sebastian Kurts Pasxa bayramı münasibətilə ölkə əhalisinə videomüraciətində çıxış edib. O, may ayında idman, mədəniyyət, qastronomiya və turizm sahələrində sərt karantin qaydalarının yumşaldılacağını mümkün hesab edib.

 

Hökumət başçısı yay aylarında hamının normal həyata dönəcəyinə inam ifadə edib. Bununla belə, o, yaya kimi dövrün hamı üçün gərgin, qeyri-müəyyən və çətin ola biləcəyini deyib. S.Kurts ölkə əhalisini test imkanlarından istifadə etməyə və koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

Qeyd edək ki, hazırda Avstriyada gündəlik yoluxma sayı 3 min 200 nəfərə çatıb. Virusun “B1.1.7” variantının Avstriyada sürətlə yayılması, xüsusilə, paytaxt Vyanada yoluxma hallarına ciddi təsir göstərib. Hər 100 min sakinə son bir həftədə yeni yoluxma hallarının sayı paytaxtda 300-dən yuxarıdır və xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilən xəstələr arasında gənclərin sayı tədricən artmaqdadır.

 

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

4 Aprel 2021 02:17 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
14 Aprel 2021 | 09:32
Rudolf Anşober istefa verib
13 Aprel 2021 | 03:04
E.Blinken xəbərdarlıq edib

Köhnə versiyamızdan xəbərləri izlə