Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı tələbələr Macarıstan və Mərakeşdə təcrübə keçəcəklər

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Macarıstan Respublikasının və Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri Viktor Szederkeny və Mohamed Adil Embarch ilə görüş keçirilmişdir. ATMU-nun rektoru İlham Mədətov ölkələrimiz arasında ildən-ilə genişlənən əlaqələrdən söz açmış, təhsil sahəsində mümkün əməkdaşlığın daha da gücləndirilməsinin xüsusi önəm daşıdığını bildirmişdir.

 

Görüşdə hər iki ölkə səfirinə universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri və s. haqqında ətraflı məlumat verilmiş, ölkələrin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilmişdir. ATMU tələbələrinin Macarıstan Respublikasında və Mərakeş Krallığında fəaliyyət göstərən turizm və iaşə obyektlərində istehsalat təcrübələrinin təşkili universitet tərəfindən əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilmişdir. Həmçinin hər iki ölkədə turizm ixtisası üzrə tədris aparan təhsil müəssisələri ilə ikili diplom istiqamətində beynəlxalq layihələrin təşkili məsələsi də vurğulanmışdır.
ATMU-nun rektoru İlham Mədətov, səfir cənab Viktor Szederkeny və Mohamed Adil Embarch mövcud əlaqələrin gücləndirilməsi istiqamətində kifayət qədər imkanların mövcudluğunu əsas tutaraq, qarşıdakı illərdə, təhsil sahəsində hər iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyindən əminliklərini bildirmişlər.
Görüşdə universitetin tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov, rektor müşaviri Elvin Yusifli, tədris –metodiki şöbənin müdiri Simnar Mamedov və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak etmişlər.
 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

4 Aprel 2021 01:28 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə