Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçalar fəaliyyətini davam etdirəcək

"Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək".

"Xalq qəzeti" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində canlı yayımda bildirib.

O deyib ki, bağçalarda distant təhsil mümkün deyil: "Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur".

Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları dünən adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdilər. 

3 Aprel 2021 17:51 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə