Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil naziri: "Ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək"

“Bölgələrdə məktəblərin niyə bağlanmadığı ilə bağlı suallar var idi”. 

"Xalq qəzeti" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində “Pandemiya dövründə tədrisin təşkili”nə həsr olunan canlı yayımda bildirib.

Onun sözlərinə görə, bir çox rayonlarda gündəlik yoluxma 3-4-5 olur: “Ona görə bu ərazilərdə kütləvi bağlanmaya gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”. 

3 Aprel 2021 16:42 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə