Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Simpoziumda Azərbaycanın qələbəsindən danışılıb

Türkiyənin Egey Universitetinin Türk Dünyası Araşdırması İnstitutunun təşkilatçığıy ilə “Soyuq müharibədən sonrakı sosial, iqtisadi və siyasi inkişaf kontekstində Cənubi Qafqaz” mövzusunda Birinci Beynəlxalq Simpozium keçirilib. Türkiyə, Azərbaycan, ABŞ, Rusya, Gürcüstan, Şimali Osetya, Ukrayna, Hollandiyadan olan alimlərin
iştirak etdiyi  onlayn tədbirdə  Cənubi Qafqazda baş verən sosial-iqtisadi və siyasi dəyişiklər, yaranmış yeni geosiyasi reallıqlar və regionda əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Beynəlxalq Simpoziumun məruzələrində  Azərbaycanın qələbəsi, Gürcüstandakı ictimai-siyasi vəziyyət, Qafqaz bölgəsində Türkiyənin rolu əsas mövzular olub.
Bölmədə Egey Universitetinin professoru, həmyerlimiz Aydın İbrahimovun “Qafqazda Türkiyə-Rusiya münasibətləri” adlı məruzə ilə çıxış edib.
Azərbaycandan Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov simpoziumda  həm mərüzəçi, həm də ikinci bölmənin moderatoru olaraq iştirak edib. Onun “İşğaldan azad olunmuş Azərbaycan ərazilərində sosial-iqtisadi inkişafın bərpası məsələləri” adlı məruzəsində Böyük Qayıdış proqramının icra mexanizmlərindən, regionun ölkə iqtisadiyyatındakı yerindən, xüsusi olaraq, dövlət tərəfindən bu istiqamətdə aparılan ardıcıl quruculuq işlərindən danışılıb.
 
Simpozium işini iki gün davam etirib.
 
“Xalq qəzeti”
3 Aprel 2021 15:52 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə