Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda mülki şəhidlərin ailələrinə sosial ödənişlərin təyinatı yekunlaşdırılıb

Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2859 şəhidin 7303 ailə üzvünə 13225 istiqamət üzrə sosial ödənişlər təyin edilib.

 "Xalq qəzeti" xəbər verir ki, bu, Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının sosial müdafiəsi üzrə” İşçi Qrupun iclasında açıqlanıb.

Qeyd edilib ki, 228 nəfər Vətən müharibəsi əlilinə də sosial ödənişlər təyin edilib, mülki şəhidlərimizin ailələrinə sosial ödənişlərin təyinatı artıq yekunlaşdırılıb. 

3 Aprel 2021 14:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə