Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistanda böyük qızıl yatağı aşkar edilib

Özbəkistanın Çukurkuduk adlanan ərazisində 133 ton ehtiyatı olan böyük qızıl yatağı aşkar olunub.
 
"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Özbəkistan Geologiya və Mineral Ehtiyatlar Komitəsində keçirilən mətbuat konfransında bildirilib.
 
Qeyd olunub ki, ötən il 70-80 ton ehtiyatı olan daha bir neçə yataq tapılıb. Surxandərya vilayətində aşkar edilən Çinarsoy yatağında qızıl, gümüş, qurğuşun və digər qiymətli metallar var.
 
Səmərqənd və Qaşqadərya vilayətlərinin sərhədindəki Sarıkul yatağı isə volframla zəngindir. Qeyd edilib ki, Daşkənd vilayətinin Almalık şəhəri yaxınlığında aşkar olunan böyük mis mədəninin də istismarına başlanacaq.
3 Aprel 2021 09:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
14 Aprel 2021 | 09:32
Rudolf Anşober istefa verib
13 Aprel 2021 | 03:04
E.Blinken xəbərdarlıq edib

Köhnə versiyamızdan xəbərləri izlə