Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yoşihide Suqa Co Baydenlə görüşəcək

Yaponiyanın Baş naziri Yoşihide Suqa aprelin 16-da ABŞ Prezidenti Co Baydenlə Vaşinqtonda görüşəcək. “Jiji-Press”in yaydığı məlumata görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato Tokioda keçirilən ənənəvi mətbuat konfransında məlumat verib.

 

Xatırladaq ki, bir müddət öncə Yaponiya və ABŞ liderlərinin aprelin 9-na görüşü planlaşdırılmışdı. Lakin bir neçə gün öncə “Kyodo” agentliyi görüşün təxirə salındığını açıqlamışdı. Rəsmi mənbələr görüşün hansı tarixə dəyişdiriləcəyi barədə məlumat verməmişdilər.

Yaponiya Baş nazirinin ABŞ Prezidenti ilə görüşən ilk əcnəbi lider olacağı gözlənilir. Səfər ərəfəsində Y.Suqanın koronavirusa qarşı peyvənd olunduğu da bildirilir. Görüş zamanı liderlərin Çin, KXDR, iqlim dəyişmələri və ikitərəfli strateji əməkdaşlıqla bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, 2009-cu ildə həmin vaxt Yaponiyanın Baş naziri olan Taro Aso da ABŞ-ın 44-cü Prezidenti Barak Obama ilə Ağ evdə görüşən ilk əcnəbi lider olub. Eyni zamanda, sabiq Baş nazir Yoşihide Suqa da ABŞın 45-ci Prezidenti Donald Trampla görüşən ilk əcnəbi lider olub. Lakin bu görüş Nyu-Yorkda, Donald Trampın inauqurasiyasından əvvəl baş tutmuşdu.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

3 Aprel 2021 03:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
14 Aprel 2021 | 09:32
Rudolf Anşober istefa verib
13 Aprel 2021 | 03:04
E.Blinken xəbərdarlıq edib

Köhnə versiyamızdan xəbərləri izlə