Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya 2022-ci il üçün ehtiyat vaksinlər tədarük etməyə hazırlaşır

Almaniyanın səhiyyə naziri Yens Span bildirib ki, hökumət gələn il təkrarlanması ehtimalı yüksək olan COVID-19 infeksiyasına qarşı indidən vaksin tədarükü görməlidir. Bu barədə “Euronews” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Y.Span bu açıqlamanı COVID-19 peyvənd proqramının icrası çərçivəsində Almaniyanın Marburq şəhərində yeni “BioNTech” zavodunun açılışı münasibətilə Berlində keçirilən virtual xəbər brifinqində deyib. O vurğulayıb ki, yeni zavodun fəaliyyətə başlaması Almaniyaya əlavə dozada peyvənd ehtiyatını planlaşdırmaq imkanı verəcək. Səhiyyə naziri həmçinin qeyd edib ki, hazırda peyvəndllər bir neçə aylıq edilib və heç kim bunun nə qədər qoruyacağını bilmir, gələn il üçüncü və dördüncü dozalara ehtiyac ola bilər. O, Avropa İttifqaına (Aİ) üzv ölkələrin təcili addımlar atmadığı təqdirdə Almaniyanın bu peyvənd dozalarını təkbaşına alacağını deyib.

Y.Span hesab edir ki, ölkəyə peyvənd idxalındansa, yerli “BioNTech”-dən istifadə daha məntiqli və etibarlı addım ola bilər. Yeri gəlmişkən, Aİ ölkələrinin rəsmiləri bu məsələ ilə bağlı fikir bildirməyiblər.

Səhiyyə naziri brifinqdə deyib: “AstraZeneca” Almaniyaya 2021-ci ilin ikinci rübündə 15 milyon dozada peyvənd verməlidir, “BioNTech” isə 40 milyon dozada tədarük etməyi planlaşdırır. Bu, əsas komponentimizin həqiqətən “BioNTech” olduğunu göstərir. Beləliklə, Marburqdakı zavod “BioNTech” istehsalı olaraq peyvənd kampaniyasında bizim üçün çox vacibdir” Y.Span Almaniyada yeni koronavirusa yoluxma hallarının artdığını, eyni zamanda ölkədə peyvəndləmə prosesinin sürətləndiyini qeyd edib. Onun sözlərinə görə, gələn həftə ölkədə fəaliyyət göstərən 35 min həkimə 940 min dozada peyvənd çatdırılacaq. Nazir deyib ki, bu il aprelin sonuna qədər həkimlər üç milyondan çox dozada peyvənd tətbiq edəcəklər.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti” 

3 Aprel 2021 00:41 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə