Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada koronavirus infeksiyasına ən çox yoluxma ABŞ-dadır

Koronavirus pandemiyasının statistikasını aparan “Worldometer” saytını məlumatına görə, dünya üzrə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 130 milyon nəfəri ötüb.

Mənbə qeyd edir ki, hazırda bütün dünyada koronavirusa 130 milyon 224 min 75 nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 2 milyon 841 min 209 nəfərə, sağalanların sayı isə 104 milyon 929 min 976 nəfərə çatıb.

Bildirilir ki, dünyada koronavirus infeksiyasına ən çox yoluxma ABŞ-dadır. Ölkədə koronavirusa 31 milyon 244 min nəfər yoluxub, 566 min 611 nəfər ölüb, 23 milyon 754 mindən çox insan isə sağalıb. Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Braziliyada 12 milyon 842 min nəfərdə koronavirus xəstəliyi təsdiqlənib, 325 min 559 nəfər vəfat edib, sağalanların sayı isə 11 milyon 239 min nəfərdir. Yoluxma hallarında ən yüksək üçüncü göstərici Hindistanda qeydə alınıb.

Bu ölkədə pandemiya dövrü ərzində 12 milyon 303 min nəfər virusa yoluxub, onlardan 163 min 428 nəfəri həyatını itirib, 11 milyon 525 min nəfər sağalıb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

3 Aprel 2021 02:40 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
14 Aprel 2021 | 09:32
Rudolf Anşober istefa verib
13 Aprel 2021 | 03:04
E.Blinken xəbərdarlıq edib

Köhnə versiyamızdan xəbərləri izlə