Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada ümummilli karantin

Fransa Prezidenti Emmanuel Makron televiziya ilə xalqa müraciət edib və ölkədə COVID-19 virusuna görə üç həftəlik ümummilli karantin elan edib. Ümummilli karantin rejimi aprelin 3-dən qüvvəyə minəcək.

Uşaq bağçaları və məktəblər, mədəniyyət evləri, muzeylər bağlı olacaq.

Qeyd edək ki, indiyə kimi Fransanın 18 departamentində karantin məhdudiyyətləri tətbiq edilmişdi. İndi isə bütün ölkə ərazisində karantin məhdudiyyətləri tətbiq edilir.

Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya başlanandan indiyə kimi ölkədə 4,5 milyon nəfər COVID-19 virusuna yoluxub. Onlardan 95 min nəfəri koronavirus infeksiyasının qurbanı olub.

TASS-ın məlumatına görə, hazırda Fransada COVID-19 virusuna qarşı peyvəndləmə işləri aparılır. 8,5 milyon nəfərdən çox insan peyvəndlənib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

3 Aprel 2021 01:38 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə