Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çovdar nekropolundan olan tapıntılar üzərində kameral tədqiqatlar davam edir

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda Son Tunc və İlk Dəmir dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə aid Çovdar nekropolunda aşkar edilmiş tapıntılar üzərində kameral tədqiqatlar davam etməkdədir.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, 2019-cu ildə “AzerGold” QSC ilə Azerbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış müqavilə çərçivəsində Daşkəsən rayonunda yerləşən Çovdar əlvan metal filizi yatağında aşkar edilmiş qədim məzarlıqda tədqiqatlar aparılmışdır. Tədqiqatları aparmış “Daşkəsən” arxeoloji ekspedisiyasına institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov və Bəxtiyar Cəlilov rəhbərlik etmişlər. Arxeoloji araşdırmalar zamanı Son Tunc - İlk Dəmir dövrünə (e.ə. II minillyini II yarısı - e.ə. I minilliyin əvvəli) aid olan nekropoldakı daş qutu və torpaq qəbirlərdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan çoxsaylı maddi mədəniyyət nümunləri (məişət, mərasim və bəzək əşyaları, silahlar o cümlədən, küpə, kasa, xeyrə, kəmərlər, bilərziklər, sırğalar, üzüklər, asmalar, xəncər və nizələr və s.) aşkar edilmişdir.
Kameral işlərə rəhbərlik edən Səfər Aşurov və Bəxtiyar Cəlilovun bildirdiyinə görə, hazırda ekspedisiya üzvləri olmuş institut əməkdaşları Lola Əkbərova, İlahə Nəhmətova və Fidan Əliyeva Çovdar nekropolunda aşkar edilmiş maddi mədəniyyət nümunələrinin, xüsusilə, keramika məmulatlarını bərpa etməkdədirlər. Həmçinin, İnstitutun Antropologiya Mərkəzinin əməkdaşları Vüsal Həsənov və Ülkər Allahverdiyeva nekropoldan aşkar edilmiş qədim insan qalıqlarını antropoloji tədqiqata cəlb etmişlər.
 

Samirə ƏLIYEVA,
“Xalq qəzeti”

3 Aprel 2021 02:47 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə