Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu platforma üzrə müəllim və şagirdlər üçün 1 TB virtual saxlanc mövcuddur

""Virtual məktəb” istifadəçiləri üçün rəsmi elektron poçt və ödənişsiz virtual saxlanc xidmətləri mövcuddur. Elektron poçt vasitəsilə Təhsil Nazirliyi ilə müəllimlər arasında, müəllimlərlə şagirdlər arasında məktubların rahat və təhlükəsiz mübadiləsi aparılır. Həmçinin 1TB həcmində olan virtual saxlanc xidməti vasitəsilə onlayn mühitdə tədrislə əlaqədar faylların saxlanılması, paylaşılması və onlayn redaktə edilməsi imkanları təqdim edilir".

 

  Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, bu ilin yanvar ayı üzrə statistik göstəricilərə əsasən, platformada ev tapşırığı və qiymətləndirmə modulundan  istifadə edənlər ümumilikdə 1 014 743 nəfər, rəqəmsal lövhədən istifadə edənlər 201 771 nəfər, ofis proqramları üzrə “Word” proqramından 132 900 nəfər, “Excel” proqramından 30 627 nəfər, “PowerPoint” proqramından isə 65 233 nəfər istifadə edib.

2 Aprel 2021 17:54 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə