Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ruhsar Pekcan: Ankara Vaşinqton ilə ticarət əlaqələrini gücləndirəcək

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan ABŞ hökumətinin ticarət üzrə nümayəndəsi Ketrin Tey ilə videokonfrans rejimində danışıqlar aparıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

R.Pekcan amerikalı həmkarı ilə müzakirələrin məğzi barədə özünün “twitter” səhifəsində bir sıra qeydlər aparıb. Xanım nazir yazıb ki, danışıqlar zamanı əvvəlcə iki ölkə arasında ticarət əlaqələrinin növcud vəziyyəti üzrə fikir mübadiləsi edilib. Tərəflər ticarət əlaqələrini daha da genişləndirməyin vacib olduğunu və bunun üçün qarşıdakı aylar və illər ərzində hər iki tərəfdən lazımi adddımların atılacağını vurğulayıblar.

Türkiyəli nazirin sözlərinə görə, rəsmi Ankara və Vaşinqton iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün bir sıra gömrük güzəştlərinin qarşılıqlı prinsiplər əsasında tətbiqini vacib hesab edirlər. Türkiyə və ABŞ rəsmiləri bundan başqa, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) fəaliyyətinin səmərələiliyinin artırılmasının yolları barədə də fikir və mülahizələrini bölüşüblər.

Qeyd edək ki, Türkiyə ABŞ-ın xarici ticarət tərəfdaşları arasında hazırda 28-ci yerdədir. Ötən il Birləşmiş Ştatlardan Türkiyəyə 10 milyard dollardan çox müxtəlif təyinatlı məhsullar ixrac olunub ki, bu da 2018-ci ildə olduğundan 2,2 faiz azdır. Azalmaya əsas səbəb kimi, ilk növbədə, yeni koronavirus pandemiyasının qolbal səviyyədə törətdiyi maliyyə çətinlikləri göstərilir. Yeri gəlmişkən, Türkiyə indi ABŞ-dan ən çox kompüterlər, digər modern texnologiyalar, təyyarələr, eləcə də polad, çuğun və sair məhsullar idxal edir. Türkiyə isə ABŞ-a, əsasən, xalça, trikotaj, digər tekstil məhsulları, həmçinin avtomobilllər, müxtəlif növ tikinti materialları satır.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

2 Aprel 2021 00:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə