Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 81            Bakı şəhəri, 31 mart 2021-ci il

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 dekabr tarixli 485 nömrəli və 14 dekabr tarixli 494 nömrəli, 2021-ci il 16 fevral tarixli 38 nömrəli və 5 mart tarixli 59 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın 272560-cı maddəsinə “1990-cı ilin” sözlərindən əvvəl “Müharibə və ya” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:

2.1. “272500. “Təqaüdlər” paraqrafına “1990-cı ilin” sözlərindən əvvəl “Müharibə və ya” sözləri əlavə edilsin;

2.2. “272560. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə hər iki halda “1990-cı ilin” sözlərindən əvvəl “Müharibə və ya” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə