Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Bankı ilə sosial sahədə əməkdaşlıq məsələləri müzakirə edilib

Özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” də önəmli rola malikdir. 5 illik dövrdə 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçıları üçün kiçik bizneslərini qurmaları məqsədi ilə fəaliyyət sahələri artıq müəyyən edilib. Layihə ilə bağlı müraciət edən şəxslərin sayı artıq 3 minə yaxındır.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi, həssas əhali qruplarının bu proqramlarla əhatə olunması istiqamətində aparılan işlər, sosial islahatlar barədə məlumat verib.

Nazirlikdən verilən məlumatda bildirilir ki, görüşdə Dünya Bankı ilə nazirlik arasında ötən dövrdə birgə icra olunmuş layihələrin önəmini diqqətə çatdırılıb. Əməkdaşlıq gündəliyinin son illərdə yeni istiqamətləri də əhatə etdiyi vurğulanıb.

Əmək qanunvericiliyinin və əlilliyin qiymətləndirilməsi sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, əlilliklə bağlı siyasət və prosedurların inkişaf etdirilməsi üzrə yeni əməkdaşlıq təcrübəsinin də formalaşmaqda olduğu qeyd edilib.

S.Babayev, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığı yüksək dəyərləndirib. Əmək müfəttişliyi sistemində risk əsaslı nəzarət və təkmil mexanizmin yaradılması, bunun üçün zəruri institusional bazanın hazırlanması sahəsində bu əməkdaşlığın önəmini diqqətə çatdırıb. Görüşdə Dünya Bankı və Nazirliyin birgə layihələri üzrə görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

2 Aprel 2021 00:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə