Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə qərara alıram:

1. Aşağıdakı hərbi prokurorluqlar yaradılsın:

1.1. Qubadlı Hərbi Prokurorluğu;

1.2. Kəlbəcər Hərbi Prokurorluğu;

1.3. Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

2.2. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2021-ci il.

1 Aprel 2021 18:07 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə