Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Nazirliyi: Bu günədək müəllimlərin 55 faizdən çoxu COVID-19 əleyhinə peyvənd olunub

“Biz iki dəfə cəhd elədik, qismən hibrid formada da olsa əyani təhsilə qayıtdıq. Lakin çox sadə özünüqoruma vasitələrindən istifadə etməməyimiz bizdə vəziyyəti gərginləşdirdi”.
 
 "Xalq qəzeti" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
 
Onun sözlərinə görə, özünüqoruma vasitələri hamının bildiyi məsafə saxlamaq, maska taxmaq, əlləri tez-tez yumaq qaydasıdır: “Biz bunu həm şagirdlərə, həm də ümumilikdə cəmiyyətə təlqin etməliyik”.
 
V. Yaqublu onu da deyib ki, martın 1-dən təhsil işçilərinin vaksinasiyasına başlanılıb: “55 faiz əməkdaş artıq peyvənd olunub”.
1 Aprel 2021 17:39 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə