Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Selçuk Bayraktar “Qarabağ ordeni” ilə təltif olunub

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Qarabağ ordeni” ilə təltif olunub.
 
 "Xalq qəzeti" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edərkən Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ ordeni” ilə təltif edildiyini bildirib və ordeni Selçuk Bayraktara təqdim edib.
 
Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.
1 Aprel 2021 16:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə