Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Nazirliyi pandemiya dövründə məktəblərin fəaliyyətinə dair sorğunun nəticələrini açıqlayıb

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair martın 30-da elan edilən sorğu çərçivəsində 50 612 rəy qəbul edilib.

 "Xalq qəzeti" xəbər verir ki, sorğuda iştirak edənlərin 17.2 faizi fəaliyyətin mövcud qaydada davam etdirilməsini, 45.7 faizi bütün siniflər üzrə tədrisin distant formaya keçirilməsini, 6.3 faizi yalnız 5-9-cu siniflər üzrə tədrisin distant formada olmasını, 19.5 faizi yoluxmanın daha çox olduğu bölgələrdə tədrisin distant, digərlərində isə ənənəvi formada davam etdirilməsini məqbul hesab edib. 11.3 faizi isə "Digər" bəndini seçib.

1 Aprel 2021 15:19 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə