Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabahın HAVA PROQNOZU

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

  Gecə  8-10, gündüz 14-19, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə  isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

Aprelin 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi  əsəcək.

 Gecə  4-8, gündüz  17-22, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 4 dərəcə şaxta,  gündüz  5-10, bəzi yerlərdə 13-16 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Aprelin 2-də Abşeron yarımadasında meteoroloji amillərin  mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Xəbərdarlıq

Aprelin 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 3-ü axşamadək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, aprelin 2-dən 4-dək bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Qəzənfə QASIMOV

"Xalq qəzeti"

1 Aprel 2021 19:17 - EKOLOGİYA
EKOLOGİYA
13 Aprel 2021 | 18:52
Sabahın HAVA PROQNOZU
2 Aprel 2021 | 19:50
Sabahın HAVA PROQNOZU
1 Aprel 2021 | 19:17
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə