Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanla Yaponiya arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Yaponiyadakı səfiri Gursəl İsmayılzadə həmin ölkənin Müşavirlər Palatasının (House of Councillors) üzvü Kentaro Asahi ilə görüşüb.
 
 "Xalq qəzeti" xəbər verir ki, Azərbaycanın Tokiodakı səfirliyindən verilən məlumata görə, tərəflər iki ölkə arasındakı əməkdaşlığın cari vəziyyəti və qarşıdakı dövrdə inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
 
Həmçinin Tokioda keçirilməsi nəzərdə tutulan Olimpiya və Paralimpiya Oyunları ilə bağlı da fikir mübadiləsi aparılıb.
1 Aprel 2021 12:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə