Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə XİN başçısı: Bu gündən Azərbaycanla qardaşlığımız daha da güclənir

“Azərbaycanla qardaşlığımız daha da güclənir”.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

“Bu gündən etibarən can Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür. Bütün maneələr aradan qalxır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”, - deyə Türkiyə XİN başçısı vurğulayıb. 

 

Xatırladaq ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” bu gündən qüvvəyə minib. Bu protokolun qüvvəyə minməsi ilə Türkiyə vətəndaşları da yeni nəsil şəxsiyyət vəsiqəsi ilə Azərbaycana 90 gün müddətlik vizasız səyahət edə biləcək.

1 Aprel 2021 11:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə