Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 1807 müraciət daxil olub

Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 807 müraciət daxil olub.
 
Təhsil İdarəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
 
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 770 zəng qəbul edilib.
 
Ötən ay BŞTİ-yə 695 sənəd (vətəndaşlar tərəfindən 149 ərizə, Təhsil Nazirliyindən 109, digər qurumlardan 156, məktəblərdən 182 məktub, 43 strukturdaxili yazışma və 56 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 342 elektron müraciətə baxılıb.
 
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.
1 Aprel 2021 11:27 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə