Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarasu çayı hövzəsi tullantılardan təmizlənib

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı Gədəbəy rayon məişət tullantıları poliqonunun hasara alınmaması səbəbindən tullantıların bir qisminin poliqona yaxın Qarasu çayı hövzəsinə atıldığı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi və poliqonun hasara alınması məqsədilə Kombinatın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Gədəbəy Rayonu Kommunal Müəssisələri Kombinatı tərəfindən ərazi  tullantılardan təmizlənib və poliqonun ətrafının metal torla hasarlanması istiqamətində işlərə başlanılıb.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
 

30 Oktyabr 2018 14:36 - EKOLOGİYA
EKOLOGİYA
21 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 17:03
Güclü külək əsəcək
19 Oktyabr 2021 | 17:09
Sabahın HAVA PROQNOZU
18 Oktyabr 2021 | 19:04
Xəzərdə zəlzələ olub
18 Oktyabr 2021 | 18:41
Sabahın HAVA PROQNOZU
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
15 Oktyabr 2021 | 18:40
ETSN: Dağlara qar yağacaq
15 Oktyabr 2021 | 18:19
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə