Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ən yaxşı məşqçi

İtaliya “A” seriyasında ötən mövsümün ən yaxşı məşqçisi müəyyənləşib. İtaliya Məşqçilər Birliyinin seçiminə əsasən, “Atalanta” klubunun baş məşqçisi Can Pyero Qasperini ötən mövsümün ən yaxşı çalışdırıcısı seçilib. Onun birinci seçilməsinə komandasının ötən mövsüm UEFA Çempionlar Liqasının dörddəbir final oyunlarındakı çıxışı təsir edib. Qasperini ardıcıl 2-ci dəfə bu mükafatı qazanıb. Qeyd edək ki, mütəxəssis 2016-cı ildən “Atalanta”nı çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 3 il UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Xəbəri “Futbol.ua” verib.

Elçin ABBASOV, “Xalq qəzeti”

1 Aprel 2021 08:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə