Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni peyk

Çin Yerin müşahidəsi üçün orbitə “Gaofen-1202” adlı yeni peyk göndərib. Peyk orbitə “Böyük yürüş-4C” (“Long March”) raketdaşıyıcısı vasitəsilə buraxılıb. Bildirilir ki, qurğu yer səthində müxtəlif müşahidələrin aparılması, o cümlədən torpaq ehtiyatlarının öyrənilməsi, təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq. Qeyd olunur ki, bu, “Long March” seriyasından olan raketlərin 364-cü buraxılışı olub.

Məlumatı “Sinxua” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

1 Aprel 2021 07:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə