Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

7 milyard dollar sərmayə

“Google” şirkəti cari ildə ABŞ-da data mərkəzi və ofislər şəbəkəsini genişləndirəcək.

Şirkət bu işlər üçün 7 milyard dollar sərmayə ayırıb. Bildirilir ki, şirkətin Virciniya, Nebraska və Nevadadakı data mərkəzləri genişləndiriləcək. Papillion (Nebraska ştatı) və Hendersonda (Nevada ştatı) isə bir neçə ay əvvəl tikilən data mərkəzlər yenilənəcək. Bundan başqa, “Google” dörd yerdə yeni ofislər açacaq.

Belə ki, Daremdə (Şimali Karolina ştatı) “Cloud” işləmə mərkəzinin, Sautheyvendə (Missisipi ştatı) “Google” əməliyyat mərkəzinin və Hyuston və Portlandda yeni ofislərin istifadəyə veriləcəyi açıqlanıb.

Məlumatı “Rambler” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

1 Aprel 2021 07:36 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə