Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Fransanı Malidə dinc sakinlərin qətlində ittiham edir

Fransa hərbçiləri Malidə hava hücumu zamanı 19 mülki sakinin ölümünə səbəb olub. Bu barədə BMT-nin Malidəki (Minusma) missiyasının insan hüquqları bölməsi hesabat hazırlayıb.

 

Hesabat müəllifləri qeyd edirlər ki, hava hücumu olan ərazidə toy mərasiminə toplaşmış yüzlərlə mülki sakin arasında “Katiba Serma” qrupunun üzvü ehtimal olunan beş nəfər silahlı olub. Hücuma məruz qalan toplumun əksəriyyəti mülki sakinlər olub. Mülki sakinlər beynəlxalq humanitar hüquqla hücumdan müdafiə olunan kateqoriyadır.

Mənbə qeyd edir ki, Fransanın Müdafiə Nazirliyi BMT-nin hesabatı işıq üzü görən kimi yazılanları təkzib edib. BMT-nin bu təhqiqatına çoxsaylı “qeydlər” yazılıb. Nazirlik açıqlamasında fransız silahlı qüvvələrinin yanvarın 3-də silahlı terror qrupunu hədəfə alan hava hücumu təşkil etdiyini israrla bildirib. Fransa dövləti qəbul edilmiş metodologiya ilə bağlı da bir sıra qeyd-şərtlərini ifadə edib.

Minusma öz növbəsində Mali və Fransaya müstəqil, etibarlı və şəffaf araşdırma aparmağı tövsiyə edib. Həmçinin, hücumdan əvvəlki prosesi yaxından təhlil etməyi, fransızlara və malililərə məsuliyyəti müəyyən etməyə və qurbanlara, eləcə də onların yaxınlarına təzminat ödəməyi məsləhət görüb. Mahmud QƏRİBOV, “Xalq qəzeti”

1 Aprel 2021 08:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə