Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar Universitetdə soyqırımı tədbiri onlayn formatda keçirilmişdir

Azərbaycan Dövlət Aqrar Universitetində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Onlayn formatda keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 1918-1920-ci illərdə mənfur ermənilərin Azərbaycanın şəhər və rayonlarında, o cümlədən Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər ərazilərdə törətdikləri qanlı hadisələr haqqında məlumat vermiş və demişdir ki, bu il biz Ali Baş Komandanımızın və qüdrətli ordumuzun sayəsində şəhidlərimizin müqəddəs ruhu qarşısında üzüağ dayanmışıq. Məhz 44 günlük Vətən müharibəsində qazandığımız qələbə bir daha sübut etdi ki, biz haqq yolundayıq, ədalət isə gec-tez zəfər çalır və belə də oldu.
Tədbirdə ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov, həmin kafedranın müəllimi Çinarə Səfərova, Səbinə Əlizadə, tələbələrdən iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Aytac Hüseynova, Aqronomluq fakültəsinin II kurs tələbəsi Ülviyyə Qəhrəmanova, Aqrar mühəndislik fakültəsinin I kurs tələbəsi Nərmin Xəlilova çıxış edərək adı çəkilən soyqırımı haqqında danışmış, ermənilərin bu vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etməyin olduqca vacib olduğunu bildirmişlər.
 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

1 Aprel 2021 00:36 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə