Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA: İşğaldan azad olunan ərazilərdə mina təmizləmə əməliyyatları üç üsulla aparılır

"İşğaldan azad olunan ərazilərdə mina təmizləmə əməliyyatları üç üsulla aparılır: mexaniki, əllə və xüsusi təlim görən itlər vasitəsilə. Xüsusi təlim keçən itlər ANAMA mütəxəssisləri tərəfindən hazırlanıb. Əvvəllər bu cür itlər xaricdən - Amerika, Bosniya və digər ölkələrdən alınırdı. Artıq bu itlər yerli kinoloji mərkəzdə hazırlanır. Bir itin mina təmizləmə üzrə ixtisaslaşmasına 12-24 ay vaxt sərf edilir. Əvvələr bu itlər xaricdən 17-22 min dollara alınırdı. Hazırda Göygöl Regional təlim mərkəzindəki itlərin seleksiyası həyata keçirilir".

 

 "Xalq qəzeti" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi Mədət Məmmədov deyib.

 

M.Məmmədovun sözlərinə görə, Şuşa-Füzuli yolunun 17-ci km-də Füzuli rayonunun Alxanlı-Seyidəhmədli kəndləri ərazisindən keçən hissəsində təmizləmə işləri aparılır:

 

"Bu zamana kimi ərazidən 5 ədəd hərbi sursat, 207 tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina tapılıb".

31 Mart 2021 11:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə