Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzulidə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 13 nəfər saxlanılıb

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Xalq qəzeti"nə verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı polis postlarından kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən 13 nəfər Beyləqan rayon sakini 5 avtomaşınla birlikdə rayonun Alxanlı kəndi ərazisində müəyyən edilərək saxlanılıb. 
 
Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, müvafiq araşdırmalarla onların barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.
31 Mart 2021 11:09 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə