Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lionel Messi birincidir

“CİES” futbol tədqiqatları mərkəzi 2021-ci ilin ilk rübü ilə bağlı hesabat hazırlayıb.

“CİES” mütəxəssisləri Avropanın beş böyük çempionatında (“TOP5”) çıxış edən ən yaxşı futbolçuların adını açıqlayıb. Bildirilir ki, İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi birinci sırada yer alıb. Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski və İngiltərənin “Çelsi” komandasının yarımmüdafiəçisi Jorjinyo ilk üçlüyü tamamlayırlar. Dördüncü və beşinci pillələrdə portuqaliyalılar Ruben Dias (“Mançester Siti”) və Kriştiano Ronaldo (“Yuventus”) qərarlaşıblar.

Məlumatı “Futbolhd” yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti” 

31 Mart 2021 03:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə