Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan bankları 830 şəhidə aid 1 500-dən çox kredit borcunu silib

Azərbaycan bankları tərəfindən fərdi yanaşma əsasında şəhid ailələrinin, yaralı hərbiçilərin və mülki şəxslərin öhdəliklərinin silinməsi təmin edilib.

Azərbaycan Banklar Assosiasiyasından "Xalq qəzeti"nə verilən məlumata görə, nəticədə 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borc, həm də faizlər silinib.

Eyni zamanda, şəhidlərin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət alan hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olan 15 nəfər və ciddi zərər çəkən 9 nəfər mülki şəxsin borc öhdəlikləri banklar hesabına tamamilə bağlanıb.

30 Mart 2021 15:58 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə