Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BŞİH-də yeni yaradılan şöbəyə müdir təyin olunub

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

"Xalq qəzeti" xəbər verir ki, Qarabağ qazisi Cavid Fərhadov həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 yanvar 2021-ci il tarixdə imzaladığı Fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərmana edilən dəyişikliyə əsasən, Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

30 Mart 2021 15:41 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə